“Zəfər çalmış şəhid önündə əyilən Bayrağım!” adlı ədəbi-bədii kompozisiya

    20 Yanvar şəhidlərindən başlayan 2-ci Qarabağ savaşında səngiyən azadlıq mücadiləmizin önündə gedən bayrağımıza məhəbbət sönməzdir. Bu məhəbbətin təcəssümü kimi Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 6 a sinfinin vətənsevərləri ilə “Zəfər çalmış şəhid önündə əyilən Bayrağım!” adlı ədəbi-bədii kompozisiya təşkil etdi. Vətənə, millətə, onun dəyərlərinə xüsusi sevgiləri ilə diqqət çəkən şagirdlər bu sevgini hazırladıqları divar qəzetlərində, topladıqları məlumatlarda, öyrəndikləri bədii nümunələridə ifadə etməyə çalışdılar. Onlar bildirdilər ki, 20 Yanvar ilk azadlıq toxumu əkərək 1918 cı ildə səmaları fəth edən bayrağımızı, əzəməti ilə birlik yaradan gerbimizi, hər notunda şəhidlərin addım səsi ucalan himnimizi bizimlə yenidən qovuşdurdu. 30 illik həsrət yanğısı bayrağımız Şuşa səmasında dalğalanan zaman 20 Yanvardan üzü bəri gələn şəhid ordusunun ruhuna su çilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi