Bakı Zooloji Parkına ekskursiya

Heyvanlara qulluq və onlara düzgün münasibətin formalaşması məqsədilə VI”Ə” sinif şagirdləri məktəbin biologiya müəllimi Alıyeva Bəsti tərəfindən Bakı Zooloji Parkına ekskursiya təşkil olundu. Şagirdlər parkda zooloji sərgilər və ekspozisiyalar ilə tanış olmaqla yanaşı heyvanlar aləmini seyr etmişlər. Bəsti müəllimə qeyd etdi ki, son illərdə zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda "Qırmızı kitab"a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq.