“Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsinin qalibləri

2016-cı il oktyabr -dekabr aylarında Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə məktəblilər arasından “Fövqəladə hallar uşaqların gözü ilə “ VI Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirmişdı. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhda tərbiyələnməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək idi. Müsabiqəyə “Rəsm,” “Əl işi,” “Plakat,” Yanğın və qəza-xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq” nominasiyaları üzrə işlər təqdim olunmuşdu. Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qaliblərin mükafatlandirılması baş tutdu.281 № tam orta məktəbin 2-ci sinif şagirdləri də qaliblər sirasında idilər. Yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyası üzrə Şıxıyeva Zəhra ikinci yerə, Mahmudov Nicat isə üçüncü yerə layiq görüldülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi