“Ədəbiyyatdan həyata” layihəsinin təqdimat dərsi keçirildi

Layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübənin öyrənilməsini hədəfləyən layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Biliyini paylaş" layihəsinə start verilmişdir. Layihə çərçivəsində 299 saylı məktəb-lisey, MLK, 281, 284 və 301 saylı məktəblərin müəllimlərindən ibarət komandanın üzvləri layihə əsaslı dərslər keçirlər. Bu gün məktəbdə “Ədəbiyyatdan həyata” layihəsinin təqdimat dərsi keçirildi. Dərsdə Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Osmanovanın rəhbərliyi ilə 11 d sinfi oxuduğu əsərlərdən həyati əhəmiyyətli parçaları, epizodları, mühüm məqamları ümumiləşdirərək təqdim etdilər və çıxardıqları nəticələri, həyata necə tətbiq etdiklərini söylədilər. Apardıqları sorğunun nəticələrinə görə mütaəlinin hələ də zəif və kor-koranə olduğunu vurğuladılar.
Layihənin məqsədi: Çağdaş insan qədim zamanlardan müasir dövrə qədər və müxtəlif ölkələrdə yaranan bütün əsərləri oxumaq iqtidarında deyil. Lakin bütün əsərlərdən bəhrələnmək mümkündür. Bunun üçün əsərlərdən ən vacib, maraqlı, həyati əhəmiyyətli parçaları, epizodları, fikirləri paylaşmalıyıq ki, hər kəs bəhrələnə bilsin. Elm, təcrübə paylaşdıqca çoxalır. Şagirdlər topladıqları məlumatlar əsasında ilk dəfə bu mövzuda intrnet bloqu da (https://edebiyyatdanheyata.my.canva.site/) yaratdıqlarını qeyd etdilər. Sonda vurğulandı ki, bilik paylaşmaqla, həqiqətən, qısa zamanda təkmilləşmək mümkündür. Sonda vurğulandı ki, bilik paylaşmaqla, həqiqətən, qısa zamanda təkmilləşmək mümkündür.