Xatirə lövhəsinin açılış mərasimi keçirildi

Qərinələr ötür, nəsillər bir-birini əvəz edir. Lakin bizə qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayırlar. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Şəhidlərimiz haqqında nə qədər danışılsa da azdır. Hər bir Azərbaycan vətəndaşı qürur mənbəyimiz olan şəhidlərimizi, onların keçdiyi həyat yolunu nümunə bilməli, qəhrəmanlarını tanımalı və tanıtmalıdır. Bu mübarizədə şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur
Bu gün məktəbin adını daşıyan şəhid Vaqif Mirzəliyevin xatirə lövhəsinin açılış mərasimi keçirildi. Mərasimdə Vaqif Mirzəliyevin ailə üzvləri, şəhid anaları, qazi-məktəbin məzunu Vətən Cəfərli, Suraxanı rayonu İcra Hakimiyyətinin əməkdaşları iştirak etdilər.