12.12.2016-cı il tarixində saat 13:00 da 281 № li tam orta məktəbdə “Əsrə bərabər 25 il “ mövzusunda 11-ci sinif şagirdləri arasında bilik yarışı keçirildi. Yarışda məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini və tarix müəllimləri iştirak edirdilər. Yarışma 5 mərhələdə keçirildi. Hər mərhələnin sonunda məğlub komanda yarışı tərk edirdi. Finala 11A və 11Ç sinif şagirdlərindən ibarət komandalar qaldı. 11A sinif şagirdlərindən ibarət komanda birinci yerə , 11Ç sinif şagirdlərindən ibarət komanda isə ikinci yerə layiq görüldü.