“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı mühazirə
12.12.2016 cı il tarixində saat 11:00 - da 281 № li tam orta məktəbin akt zalında “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı mühazirə oxundu. Tarix müəllimi Dadaşova Dilarə ulu öndərimizin Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətlərindən danışdı. Bildirdi ki, hətta dünyanın görkəmli siyasi dövlət xadimləri dönə-dönə Heydər Əliyevlə məsləhətləşdiklərini və ondan öyrəndiklərini etiraf etmişlər. Bu gün də Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu davam etdirir, dövlətçiliyimizin milli maraqlarını beynəlxalq miqyasda layiqincə təmsil edir.