"Ədəbiyyatdan həyata" adlı layihə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin start verdiyi "Biliyini paylaş" layihəsi çərçivəsində bizim məktəbimiz, 299 saylı məktəb-lisey, MLK, 284 və 301 saylı məktəblərin müəllimlərindən ibarət komandanın üzvləri layihə əsaslı dərslər keçirirlər. Layihə komandasının üzvlərindən olan məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Osmanovanın rəhbərliyi ilə 11 D sinfi "Ədəbiyyatdan həyata" adlı layihənin icrasına başlamışdır. Məqsəd layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqinə nail olmaq üçün bilik mübadiləsi olduğundan müxtəlif əsərlərdən həyati önəmli epizodları seçmək, onları təhlil etmək, nəticələr çıxarmaq və bunları müxtəlif üsullarla paylaşmaqdır. "Problemləri əsərlərdə, xoşbəxtliyi həyatda yaşayaq!"
#biliyinipaylaş