” Pis vərdişlərə yox deyək” adlı rəsm sərgisi

İnsan oğlu dünyaya pak, qüsursuz gəlir. Yaşadıqca ömür səhifəsi ağlı, qaralı yazılarla dolur. Amma bu yazıların rəngini qarışıq etmək onun özündən asılıdır. Bu mənada ətraf mühitin rolu danılmazdır. Çünki ətraf öz rəngarəng çalarları ilə insanı həm pis, həm də yaxşı tərəfə yönəldə bilir. Bu yönün sağlam olması üçün ailə-uşaq-məktəb üçlüyünün vəhdəti danılmazdır. Bu məqsədlə məktəb psixoloqu Nurlanna Əhmədovanın rəhbərliyi ilə,” Pis vərdişlərə yox deyək” adlı rəsm sərgisi keçirildi. Sərgilənən əsərlərdə uşaqların pis vərdişlərdən necə uzaq olmaq və onun fəsadlarının törətdiyi faciələr öz əksini tapmışdır.