"Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı ”Təşkilat saatı”

    12.12.2022-ci il tarixində 3 c sinif müəllimi Aygün Nəcəfova "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı ”Təşkilat saatı” keçirtdi. Dərs zamanı şagirdlər ulu öndərin anım günü ilə əlaqədar divar qəzeti hazirladılar. Divar qəzetində Ümummilli Lider Heydər Əliyevin foto şəkillərindən və kəlamlarından istifadə etdilər. Sinif müəllimi Aygün Nəcəfova qeyd etdi ki, uşaqların həmisə sevimlisi olmuş dahi şəxsiyyətin bütün kəlamlarının şagirdlərimizin elmli-savadlı olmasında, gələcəyə lazımlı şəxsiyyət kimi inkişaf etməsində böyük rolu olmuşdur. Eyni zamanda şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər, mahnı oxudular. Onun ruhu qarşısında baş əyib, dualar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi