TARİXİ YAZAN ŞƏXSİYYƏT...

Bu gün 3 ğ sinfi dahi şəxsiyyət, ulu öndər, unudulmaz rəhbər Heydər Əliyevi dərin ehtiramla andı. Sinif rəhbəri Gülşən Şəfiyeva ulu öndərin həyat yolu, ölkəmiz üçün gördüyü işlər haqqında məlumat verdi. Müəllimə bildirdi ki, Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsi, inkişaf etməsi, dünya ölkələri arasında öz sözünü deməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ən dəyərli xəzinəni özündən sonra xalqa əmanət qoydu-Müstəqil Azərbaycanı və bu müstəqilliyi daha da möhkəmləndirən İlham Əliyevi. Daha sonra şagirdlər mərhum prezidentimizə həsr olunmuş şeirləri məlumatları təqdim etdi, dahi şəxsiyyətin kəlamlarını səsləndirdilər. Sonda bütün şagirdlər bir nəfəslə"BİZ FƏXR EDİRİK Kİ, AZƏRBAYCANLIYIQ"söylədilər.