I Məntiq Olimpiadası qalibləri

Dekabrın 6-da Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Tədbir “Nizami” Kino Mərkəzində baş tutdu. İlk öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olundu. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək məntiq olimpiadasının əhəmiyyətindən danışıb, istedadlı şagirlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayrildığını söylədi. Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V -VI sinif şagirdləri iştirak etmişdilər. 281 tam orta məktəbin Ⅶ sinif şagirdləri Camalzadə Ömər və Bağırova Sevinc də bu olimpiadada iştirak edib yüksək nəticələr əldə etdilər. Camalzadə Ömərə qızıl medal, Bağırova Sevincə isə bürünc medal təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi