Ey şəhid oğlu, şəhid, istəmə məndən məqbər Sənə öz ağuşunu açmış özü peyğəmbər.

Ey şəhid oğlu, şəhid, istəmə məndən məqbər
Sənə öz ağuşunu açmış özü peyğəmbər.
Bəli, şəhidlik elə bir məqamdır ki, o məqama yüksəlmək Allah və peyğəmbər dərgahına çatmaqdır. Onlar vətən və xalq yolunda qurban gedənlərdir. Şəhidlərin xatirəsini hörmət və ehtiramla yad etmək isə hər birimizin həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur. Bu borcu yerinə yetirmək məqsədilə məktəbimizin bir neçə sinfinə qəhrəman şəhidlərin adı verilmişdir. Şəmsiyyat müəllimin rəhbərlik etdiyi.1-c sinfinin balaca vətənpərvərləri də ənənələrə sadiq qalaraq 2-ci Qarabağ savaşının qəhrəman şəhidi baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun adını ədədiləşdirmək üçün bir araya gəldilər. Suraxanı rayon icra nümayəndəsi, şəhidin anası, məktəb rəhbərliyi və müəllimlərin də qatıldığı,, “Sən həmişə bizimləsən, cənab Leytenant” adlı tədbirdə balaca, aktyorların, səhnəcikləri, onların maraqlı çıxışları qonaqların göz yaşına səbəb oldu. Tədbir iştirakçıları bir daha əmin oldular ki, Şəhidlər ölməyib, onların ruhu bu körpələrin canında, qanında yaşayır.