“Zəfər Günü" adlı "Təşkilat saatı"

05.11.2022-ci il tarixində 3 ç sinif rəhbəri Cəmilə Hüseynova 8 Noyabr “Zəfər Günü" adlı "Təşkilat saatı" keçirtdi. Təşkilat saatında müəllimə 44 günlük zəfər yolunun necə uğurlu, şücaətli, əzmli və qürurlu bir yol olduğunu vurğuladı. Bu yolda qəhrəman olan şəhidlərimizin ruhu yad edildi. Daha sonra şagirdlər vətənə, şəhidlərə və zəfər gününə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa etdilər. Sonra Xarıbülbül simvollu həkk olunmuş, Azərbaycan bayrağı təsvir olunmuş şəkilləri rənglədilər. Sonda müəllimə bildir ki, körpə fidanlar Zəfər gününü Ali Baş Komandan İlham Əliyevin əzmi sayəsində hər il firavan qeyd edəcəklər.