Zəfər gününə həsr olunmuş dərs

5 noyabr 2022-ci il tarixdə məktəbin 2 ğ sinif şagirdləri sinif müəllimi Nuranə Eyvazovanın rəhbərliyi ilə 8 Noyabr-Zəfər Gününü qeyd etdilər. Öncə sinif müəllimi Nuranə Eyvazova xalqımız üçün əlamətdar olan bu günün əhəmiyyəti haqqında şagirdlərə geniş məlumat verdi və onları təbrik etdi. Şagirdlər isə öz növbəsində öyrəndikləri şeir və mahnıları söyləyərək təbrikə qoşuldu, belə xoş, qürurverici günlərin sayının həyatımızda çox olmasını arzuladılar.