”8 Noyabr Zəfər Günü” mövzusunda “Təşkilat saatı”

05.11.2022 ci il tarixində 3 c sinif müəllimi Aygün Nəcəfova ”8 Noyabr Zəfər Günü” mövzusunda “Təşkilat saatı” keçirtdi. Aygün müəllim qeyd etdi ki, bu günü 44 günlük Vətən müharibəsində igid, qəhrəman əsgərlərimizə, torpaq uğurunda canından keçmis şəhidlərimizə həsr edirik. Bu gün biz Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" ifadəsi ilə onun ətrafında toplanıb mübarizəyə qalxan xalqımızın birliyi İlə qazandığımız qələbəni fəxrlə qeyd edirik. Sonra bu qələbəni bizə yaşadan şəhidlərimizi yad etmək , onların ruhu qarşısinda baş əymək üçün Şəhidlər Xiyabanına ekskursiya etdilər. Şagirdlər şəhidlərin məzarı üzərinə qərənfillər düzdülər.Onların ruhuna duallar etdilər. Onları heç vaxt unutmayacaqlarına söz verdilər.