"Zəfər çələngi" adlı tədbir

Məktəbin ibtidai sinif müəllimi Kəmalə Əhmədovanın rəhbərliyi və 2 b sinif şagirdlərinin iştirakı ilə böyük qələbəmizin ikinci ildönümünə həsr olunmuş "Zəfər çələngi" adlı tədbir keçirildi. Şagirdlərin böyük coşquyla hazırladıqları çıxışlar rəğbətlə qarşılandı.
Bu gün hər birimizin sevinməyə haqqı var.Öz canlarından keçərək bizə bu qələbə sevincini yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Var olsun Azərbaycanı Qarabağa qovuşduran, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə və digər rayonlarda düşmənin təxribatı nəticəsində həlak olan günahsız insanların qisasını alan, işğalçı düşmənə öz yerini göstərən Ali Baş Komandanımız İlham Əliyev, rəşadətli ordumuz, igid əsgərlərimiz! Qarabağ uğrunda 44 günlük qəhrəmanlıq savaşımız tarixdə qürur mənbəyimiz olaraq əbədi qalacaq.