Zəfər gününə həsr olunmuş tədbir

Məktəbin Fəaliyyət Planına uyğun olaraq 04.11.2022-ci il tarixdə “Zəfər günü”nə həsr olunmuş tədbir keçirildi. Məktəbin direktoru Dadaş Əliyevin rəhbərliyi, Hərbi rəhbər Köçəri Verdiyevin təşkilatçılığı ilə baş tutan tədbir dövlət himninin sədaları altında açıq elan edildi. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. 10 a, və 10 ç sinif şagirdləri döyüş səhnəcikləri təqdim etdi. Qonaq qismində şəhid leytenant Elizar Yusifovun anası Günəş xanım, Qarabağ qaziləri Azad Qasımov, İxtiyar Hüseynov, Ağa Məmmədov, Cabbarlı Murad, Alov Şükürov, Akif Balayev, Sahib Osmanov, Hüseyn Məhərrəmov, Cəfərli Vətən, Vaqif Əliyev iştirak etdilər.