"Azərbaycan tarixi rəqəmsal təqdimatda" dərnəyinin növbəti məşğələsi keçirildi.

31.10.22 tarixində məktəbin tərkibində təşkil olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin "Azərbaycan tarixi rəqəmsal təqdimatda" layihəsi əsasında yaradılmış dərnəyin növbəti məşğələsi keçirildi. Dərnəyin rəhbəri Validə Həsənova dərnəyin üzvü olan şagirdləri qruplara bölüb tapşırıqlar verdi. Tərkibcə 9 f sinfinin şagirdləri olan CMC komandası qalib gəldi. Onlar Validə müəllimə tərəfindən mükafatlandırıldılar.