“Zorakılığa yox deyək"adlı tədbir

Zorakılığın növündən, vaxtından, səbəbindən aslı olmayaraq bunu etmək və bunu edənlərə göz yummaq cinayətdir. Cəmiyyətimizin diqqət mərkəzində olan mövzulardan olan zorakılıq məktəbimizin də qarşı çıxdığı əsas mövzulardan biridir. Məktəbdə bu kimi halların yaranmasının qarşısını almaq məqsədi ilə illik Fəaliyyət Planına əsasən məktəbin psixoloqu Səbinə Əzimova psixoprofilaktik iş istiqamətində 4 cü sinif şagirdləri ilə “Zorakılığa yox deyək"adlı tədbir təşkil etdi. Sagirdlərə buling onun növləri, iştirakçıları, nəticələri, qarşı çıxma yolları haqqında ətraflı məlumat verildi. Şagirdlərdə öz fikirlərini söyləyərək təklif və iradlarını bildirdilər. Zorakılığın qarşısını almaq hər bir vətəndaşın borcudur deyərək birlik oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi