“Öyrədici mühitin yaradılması” mövzusunda seminar

Məktəbin Fəaliyyət planına uyğun olaraq, gənc müəllimlərə metodiki köməklik göstərmək məqsədilə "Öyrədici mühitin yaradılması" mövzusunda seminar keçirildi. Seminarda məktəbin direktoru Dadaş Əliyev, direktor müavini Bəsti Nəsibova, psixoloq Səbinə Əzimova oz tövsiyələrini verdilər. Sonra isə təcrübəli, dərslərini günün tələbləri səviyyəsində qurmağa çalışan müəllimlər öz pedaqoji təcrübələrindən danışdılar. Gənc müəllimlərə məsləhət görüldü ki, dərslərini yaradıcı qursunlar. Təlim nəticələrinə çatmaq üçün iş formalarından səmərəli istifadə etsinlər. Şagirdlər dərsin əvvəlindən hansı bilik, bacarıq uğrunda çalışdığını bilməli, şagird müəllim, şagird-şagird münasibətləri düzgün qurulmalıdır