"Azərbaycan tarixi rəqəmsal təqdimatda" dərnəyinin növbəti məşğələsi keçirildi.

30.10.22 tarixində məktəbin tərkibində təşkil olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin "Azərbaycan tarixi rəqəmsal təqdimatda" layihəsi əsasında yaradılmış dərnəyin növbəti məşğələsi keçirildi.
Dərnəyin üzvləri təlimçi Aqşin Kazımovun apardığı məşğələdə yenə də böyük həvəslə iştirak etdilər. Uşaqlar verilən tapşırıqları mükəmməl yerinə yetirdilər. Bu tapşırıqlar onların Azərbaycan tarixi fənninə maraqlarını daha da artırır.