Erkən nikaha yox deyək

    Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan biri olub. Zaman-zaman bu fəsadların səbəb olduğu facıələr, problemlər haqqında çox danışılıb, müzakirələr aparılıb.Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərin təzyiqi və digər səbəblərdən baş verir. Məktəbin psixoloqu Nurlanna Əhmədova “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirici söhbət təşkil etdi.

    Erkən nikahın fəsadlarının qarşısını alınması istiqamətində maarifləndirmə işinin vacibliyinə bir daha diqqət çəkən psixoloq qeyd etdi ki, bi kimi tədbirlər mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, qızların təhsilə cəlb olunması istiqamətində vacib addımlar atılmalıdır. Sonda şagirdlərə mövzu ilə bağlı videoçarx təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi