“Narkomaniyaya yox deyək” mövzusunda “Dəyirmi masa”

28.10.2022-ci il tarixində məktəbin biologiya müəllimi Nəzakət Mustafayeva 8 ğ sinfində “Narkomaniyaya yox deyək” mövzusunda “Dəyirmi masa” keçirtdi. Müəllimə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar törətdiyini qeyd etdi və bildirdi ki, bu bəla cinayətkarlığı, zorakarlığı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, ailələri dağıdır. Sonda müəllimə şagirdlərə narkomanlığın cəmiyyətə, insan sağlamlığına ziyanı barədə suallar verdi, onlara sağlam həyat tərzi keçirtməyi məsləhət gördü.