Zəfər tarixi başlıgı altında konfrans

   27.10.2022-ci il tarixində məktəbimizin tarix müəllimi Aksana Usubalıyevanın rəhbərliyi ilə 9 g və 9 ç sinif şagirdlərinin iştirakı ilə “Zəfər tarixi” başlığı altında konfrans keçirilidi. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə ruh yüksəkliyi ilə çalışan mülki vətəndaşlarımızın, bütövlükdə xalqımızın əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik göstərərək düşmənə sarsıdıcı zərbələrin endirilməsindən bəhs edildi. Qonağımız məktəbimizin məzunu Ruslan Cəfərov 44 günlük döyüş yolunda yaşadıqlarından, hər qarış vətən torpağı üçün gözünü belə qırpmadan şəhidliyə yüksələn əsgər yoldaşlarından, müzəffər ordumuzun qəhrəmanlıqlarından danışdı. Konfrans son olaraq məktəbin direktoru Dadaş Əliyevin çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi