"Azərbaycan tarixi rəqəmsal təqdimatda" dərnəyinin növbəti məşğələsi

26.10.22 tarixində məktəbin tərkibində təşkil olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin "Azərbaycan tarixi rəqəmsal təqdimatda" layihəsi əsasında yaradılmış dərnəyin növbəti məşğələsi keçirildi. Dərnəyin üzvləri təlimçi Aqşin Kazımovun apardığı məşğələdə yenə də böyük həvəslə iştirak etdilər. Layihə rəhbəri Lətifə Abdullayeva və dərnək rəhbəri ValidəHəsənova məşğələyə nəzarət edirdilər.