Narkomaniyaya yox deyək

25.10.2022-ci il tarixində məktəbin psixoloqu Nurlanna Əhmədova illik Fəaliyyət Planına əsasən 9,10,11-ci sinif şagirdləri ilə yeniyetmələr arasında narkomaniya və zərərli vərdişlərə meyillərin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısını alınması istiqamətində Təhminə Osmanovanın təşkilatçılığı ilə “Dəyirmi masa” təşkil etdi. Şagirdlərlə diskusiya formasında psixoloji söhbət edildi, onların fikir və iradları dinlənildi, tövsiyələr verildi.