"Müstəqilliyin Bərpası Günü" nə həsr edilmiş tədbir

  Oktyabrın 18 də məktəbdə "Müstəqilliyin Bərpası Günü" nə həsr edilmiş tədbir keçirildi. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan Hövsan Mədəniyyət Sarayı və məktəbin təşkilatçılığı ilə həyata keçdi. Tədbir Ümumilli Lider Heydər Əliyevin müstəqillik haqqında söylədiyi fikir ilə başladı və video-çarx izlənildi. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 7 f sinfindən ibarət xor kollektivi, Hövsan Mədəniyyət Sarayının bədii qiraət dərnəyinin üzvləri və dəvət olunmuş gənc müğənnilər tədbirdə iştirak edirdilər. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış etdi və iştirakçılarla xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi