“Yolda və nəqliyyatda” mövzusunda açıq dərs keçirildi

11 noyabr tarixində 281 №-li tam orta məktəbin 2b “Sağlam təhsil sinfi” nin ibtidai sinif müəlliməsi Zülfüqarova Səidə Nəriman qızının Həyat bilgisi fənnindən “Yolda və nəqliyyatda” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə məktəbimizin tərbiyə üzrə direktor müavini Arzu Əliyeva, direktor müavini Bəsti Nəsibova, ibtidai sinif müəllimləri Dadaşov Pərvanə, İsmayılova Şəlalə iştirak etdilər. Məqsədimiz şagirdlərə yolda, nəqliyyatda davranış qaydalarını izah etmək və bu qaydalardan düzgün istifadə etməyi öyrətmək oldu.Dərs zamanı şagirdlərin hazırladığı səhnəciklərdən belə nəticəyə gəlmək oldu ki, həyati təhlükəsizliyi təmin etmək üçün yol hərəkəti qaydalarından düzgün istifadə etmək lazımdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi