Heydər Əliyev Mərkəzində “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü”ilə bağlı tədbir keçirildi

18 noyabr 2016-cı il tarixində “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” ilə əlaqədar Suraxanı rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirildi.Tədbirdə millət vəkili Sevinc Fətəliyeva, Suraxanı, Binəqədi, Nəsimi, Nizami rayonu məktəblərin nümayəndələri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin və QHT təmsilçiləri iştirak etdilər. Millət vəkili çıxışında bildirdi ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişaf etməsi hər bir dövlətin, eyni zamanda hər bir insanın mənəvi və vətəndaşlıq borcudur. Ölkəmizdə bu sahədə bütün dövlət qurumları və qeyri-hökumət təşkilatları qarşılıqlı əməkdaşlıq edir və mühüm işlər həyata keçirir.