“Anım Günü”nə həsr olunmuş tədbir.

27 sentyabr 2022-ci il tarıxdə məktəb üzrə 27 sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Dadaş Əliyev açdı. O, Şəhidlərin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Sonra Ali Baş Komandan, respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ordumuzun, xalqın Dəmir yumruq əhatəsində sıx birləşərək 44 gün ərzində qazanılan qabiliyyətindən danışdı. Sonra məktəbin müəllimi Qarabağ müharibəsi iştirakçısı Vaqif Əliyev fikirlərini bildirdi.
Allah Şəhidlərimizə rəhmət eləsin!