Şagirdlər erkən yaşlardan vətən sevgisi ilə böyüdülməlidir.

    Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü (27.09.2020) "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında "Anım Günü"nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 3"B" sinif şagirdləri, sinif rəhbəri Röya İnqilab qızının təşkilatçılığı ilə 25 Sentyabrda Vətənin bütövlüyü uğrunda canını qurban verən İkinci Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu xiyabanı ziyarət ediblər. Şəhidlərimiz haqqında şagirdlərə geniş məlumat verilmiş və hər birimizin şəhidlərimizə minnətdar olduğumuz qeyd olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi