Mən sülhə səs verirəm Dünya nura boyansın!

Uşaqlar dünyanın bəzəyidir. Onların firavan və aydın səma altında yaşaması dünyanın xoşbəxt olması deməkdir. 3”F” STS müəllimi Pərvanə Dadaşova balaca fidanlar ilə 21 Sentyabr “Beynəlxalq Sülh Günü” nə həsr edilmiş “Uşaqlar sülh carçısıdır” adlı ədəbi bədii layihə təqdim etdi. Arzularını rənglərin dilinə köçürən balalar: Sülh istəyirik! Sülhü qoruyaq! Biz müharibə istəmirik! Dünyanı sevgi xilas edəcək və bu kimi fikirlərlə layihəyə sevgilərini qatdılar.
44 günlük Zəfər yürüşündə, eləcə də “Qisas-2” əməliyyatında şəhid olmuş ataları xatırlayan uşaqlar sülh carçısı göyərçinləri səmaya uçuraraq “Onların ruhu yalnız əmin amanlıq, aydın səma altında şad olar” dedilər.