Qarabağ bizimdir, Qarabağ AZƏRBAYCANDIR..!

15.09.22 tarixində bütün siniflərdə o cümlədən 5”A” sinfində də Ədəbiyyat dərsi “Qarabağ Azərbaycandır” mövzusuna həsr edildi. Tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva, Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın təşkilatçılığı ilə şəhidlərimiz yad edildi, vətənpərvərlik şeirləri, hekayələri səsləndirildi. Uşaqlara şəhidlik zirvəsinin aliliyi, təkrarsızlığı aşılandı. Hərbi çagırış müəllimi Köçəri Verdiyev şagirdlərlə öz müharibə təəssüratlarını bölüşdü. Heç bir şəhidimizi unutmadıq, unutmayacağıq. Qarabağ bizimdir, Qarabağ AZƏRBAYCANDIR..!