Məktəb Pedaqoji Şura iclası keçirildi.

14.09.2022-ci il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Dadaş Əliyevin çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və iclasa başlamadan öncə şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.