"Təbiəti sev, gələcəyini qoru"

5 İyun Təbiəti Mühafizə Günü münasibəti ilə tədbirlər hazırlayan məktəblilərimiz təbiətə, onun nemətlərinə və yaratdıqlarına sevgilərini müxtəlif şəkildə ifadə etdilər. Belə təbiətsevərlərdən biri də Pərvanə Dadaşovanın rəhbərlik etdiyi 2 “F” sinfidir. Psixoloq Nurlanna Əhmədova və Səbinə Əzimovanın da iştirakı ilə “Təbiəti sev, gələcəyini qoru” adlı layihə təşkil etdilər. Gözəl əl işləri, təbiətlə bağlı atalar sözü və şeirlərlə dünyamıza sevgilərini ifadə edən uşaqlar “Təbiət anadır, anamızı qorumaq” da hər birimizin borcudur fikri ilə layihəyə yekun vurdular.