1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Bu fikirləri rəhbər tutaraq məktəbin ibtidai sinif müəllimləri şagirdləri ilə birlikdə müxtəlif kompozisiyalar, musiqi nömrələri, rəqslər hazırlayaraq təqdim etdilər. Çıxışlar izləyənlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.