“Dəyərlərimizi tanıyaq” layihəsi çərçivəsində bilik yarışı

“Dəyərlərimizi tanıyaq” layihəsi çərçivəsində tədbirlərimizin davamı olaraq tarix müəllimi Səriyə Əhmədova 8-ci sinif şagirdləri arasında Azərbaycan tarixinə həsr edilmiş bilik yarışı keçirdi. 3 mərhələdən ibarət yarışma uşaqların intellektual səviyyəsini, tariximizlə bağlı biliklərini üzə çıxartdı. Yarışmanın qalibi olan 8 “A” sinif şagirdlərinin “Zəfər” qrupu diplomla təltif olundu. Sonda bütün iştirakçılara uğurlar arzulayaraq tariximizə, mədəniyyətimizə daha dərindən bələd olmaq tövsiyə olundu.