“Dəyərlərimizi tanıyaq”

Vətənimizin tarixi, mədəniyyəti elə zəngindir ki, onu tanımaq, oxuyub-öyrənmək hər bir vətəndaşın həm vətəndaşlıq, həm də mənəvi borcudur. Bu borcu ödəmək vətəndaşlığın əsas şərtlərindəndir. “Dəyərlərimizi tanıyaq” layihəsi çərçivəsində tarix müəllimi Səriyə Əhmədova 7 “E” sinfinin vətənsevərlərini Milli Azərbaycan Tarix Muzeyinə və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə apardı. Gəzinti zamanı çox dəyərli eksponatlarla tanışlıq, xüsusən də Hacı Zeynalabdin Tağıyevin həyat yoluna baxış şagirdlərdə qürur hissi yaratdı.