28 May Müstəqillik Günü

27.05.2022-ci il tarixdə 4"A" sinfində Xatirə müəllimənin təşkilatçılığı ilə 28 May Müstəqillik Gününün 104-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Şagirdlər tədbiri açıq elan edərək qeyd etmişdilər ki, 1990-cı ildən başlayaraq 28 May Müstəqillik Günü ölkəmizdə dövlət bayramı kimi qeyd olunur. Həmçinin qeyd etdilər ki, 30 ildən sonra 2-ci ildir ki, bu bayramı işğaldan azad olunmuş torpaqlarımızda qeyd edirik.
Əsası Məhəmməd Əmin Rəzulzadə tərəfindən qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay sürdü. Azərbaycan Respublikası yenidən 1991-ci. ildə Ümumilli lider Heydər Əliyev sayəsində öz müstəqilliyinə qovuşdu. 1991-ci il 18 oktyabr mütəqillik günü kimi qeyd olunur.
Respublikanın yaranmasında dərin əməyi olan bir çox şəxslər bizim tədbirimizdə öz əksini tapmışdır. O zamana aid olan bir çox hadisələr şagirdlər tərəfindən canlandırıldı. Sonra şagirdlər şeir söylədilər, mahnı oxudular və rəqs etdilər.
Tədbirin sonunda məktəbin direktoru Dadaş müəllim çıxış edərək bildirdi ki, şagirdlərin vətənpərvər olması üçün belə tədbirin keçirilməsi çox vacibdir.