“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

    26.05.2022-ci il tarixində məktəbin tarix müəllimi Lətifə Abdullayeva və musiqi müəllimi Vəfa Məmmədovanın təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda tədbir keçirildi. Şagirdlər Azərbaycan Xalq Cumhuriyyəti, onun yaradılmasının əhəmiyyəti, Cümhuriyyətimizin mövcud olduğu 23 ay ərzində verilmiş tale yüklü qərarlar haqqında maraqlı faktlar səsləndirdilər, müstəqillik gününə həsr olunmuş mahnılar oxudular. Tədbiri yekunlaşdırarkən məktəbin direktoru Dadaş Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu və onun əhəmiyyəti haqqında şagirdlərə məlumat verdi. Dadaş müəllim öz çıxışında 44 günlük müharibə və xalqımızın bu müharibədə qazandığı möhtəşəm qələbənin müstəqillik tariximizdə müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi