Dəyərlərimizi tanıyaq

Milli mənəvi dəyərlərin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi vacib amildir. Amma bu dəyərlərin tanıdılması daha da önəmlidir. Bu məqsədlə Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova “Dəyərlərimizi tanıyaq” adlı layihə çərçivəsində ekskursiyalar təşkil etmişdir. İlk olaraq 8”Ə” sinfinin tarixsevənləri ilə Milli Azərbaycan Tarix Muzeyində oldular. Hacı Zeynalabdin Tağıyev və onunla bağlı qiymətli eksponatlarla, eyni zamanda tarixin izlərini özündə qoruyub saxlayan nümunələrlə tanışlıq uşaqlarda qürur hissi yaratdı. Çünki tariximiz vərəqləndikcə necə böyük və əzmkar millət olduğumuzu anladılar.