Təbiəti qoruyanlar

    Təbiəti qorumaq hər kəsin insanlıq borcudur. Bu gün qloballaşan dünyamızda iqtisadi münasibətlərin sürətli inkişafı bir çox böyük ekoloji problemlərə səbəb olub. Artıq etdiyimiz kobud səhvlərin acı nəticələri ilə üz-üzəyik. Bu baxımdan insanlarda ekoloji mədəniyyətin, təlimin və təhsilin formalaşması artıq günümüzün tələbinə çevrilmişdir. Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli yollarını araşdırmaq və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli maarifləndirmək məqsədi ilə məktəbimizin biologiya müəllimi Samirə Hüseynovanın rəhbərliyi altında 5”A” sinfində "Təbiəti qoruyaq" adlı layihə təqdim olundu. “Ozon qatının mühafizəsi”, “Ətraf mühitin çirkləndirilməsi”, “Zibilliklərin təmizlənməsi”, “Yaşıllıqların artırılması”, “Xəzər dənizinin ekoloji vəziyyəti”, “Canlıların mühafizəsi” mövzusunda təqdimatlar hazırlayan şagirdlər təbiətin "Ana" olduğunu və bu ananı qorumağa borclu olduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi