18 May Beynəlxalq Muzeylər Günü

18 May Beynəlxalq Muzeylər Günüdür. Bu məqsədlə məktəbimizin 7"Ç" sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə Azərbaycan Milli Xalça Muzeynə və Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilmişdir. Şagirdlərə xalqımızın tarixi keçmişini, milli-mənəvi dəyərlərini özündə əks etdirən muzeylərimizdə gözəl bir gün keçirdilər. Xalqımızın tarixi, mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm, heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları uşaqların marağına səbəb oldu.
Tariximizi, mədəniyyətimizi bilmək, öyrənmək, onu qorumaq, onları şagirdlərimizə sevdirmək hər birimizin borcudur.