“Zəfər tarixi” dərsliyi ilə bağlı “Dəyirmi masa”

44 günlük müharibədə qələbə qazandıqdan sonra məktəblərdə “Zəfər tarixi” tədris olunmağa başlanıldı. Bu dərslikdə Qarabağ tarixi, münaqişələr, faciələr, uzunmüddətli danışıqlar, dünya dövlətlərinin bizə münasibəti, zəfərə gedən yol, zəfərin qazanılması, şəhidlərimiz haqqında ətraflı məlumat verilmişdir.
Tarix müəllimi Səriyə Əhmədova 9”B” sinif şagirdləri ilə “Dəyirmi masa” keçirərək “Zəfər tarixi” dərsliyində keçdikləri haqqında müzakirələr aparmış, öz fikirlərini söyləmişlər. Azad olunmuş torpaqlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə görülən quruculuq işlərindən danışmışlar.