9 Noyabr “Azərbaycan Respublikasının Dövlət Bayraq Günü” ilə bağlı silsilə tədbirlər keçirildi

8 noyabr tarixində 281 nömrəli tam orta məktəbdə 9 Noyabr "Bayraq Günü" münasibətilə silsilə tədbirlər keçirildi: Sinif təşkilat saatları, ”Bayrağımız qürur mənbəyimizdir” mövzusunda ədəbi-bədii kompozisiya, “Mənim bayrağım ən gözəl bayraqdır” mövzusunda rəsm sərgisi, “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda inşa yazı işi və bədii qiraət müsabiqəsi keçirildi. Məktəb üzrə V-VII siniflər arasında rəsm müsabiqəsi təşkil olundu. ”Bayrağımız qürur mənbəyimizdir” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Tədbirdə məktəbimizin şagirdləri bayrağımızın yaranma tarixindən, rənglərin ifadə etdiyi mənalarından danışdılar. Tədbirdə iştirak edən şagirdlər bayrağımız haqqında şeirlər söylədilər. Sonda məktəbimizin direktoru Əliyeva Gülşən xanım bugünkü tədbirlə bağlı öz fikirlərini söylədi və bayrağımızın tarixi ilə bağlı şagirdlərə məlumatlar verdi.Vurğuladı ki, bu gün Azərbaycanın və dünyanın hər yerində üçrəngli bayrağımız dalğalanır və bu möhtəşəm bayrağımızın işğal altında olan doğma torpaqlarımızda dalğalanacağı gün də uzaqda deyil.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi