Denderologiya parkına ekskursi

Məktəbin 2"A" sinfinin şagirdləri sinif rəhbəri Zülfiyyə Abbasovanın rəhbərliyi altında Mərdəkanda yerləşən Azərbaycan Denderologiya institutunun nəzdindəki parkda ekskursiyada oldular. Uşaqlar institutun elmi işçilərinin bələdçiliyi ilə müxtəlif ağac növləri ilə tanış oldular. Milyonçu Murtuza Muxtarovun evində bir neçə filmin çəkildiyi haqqında məlumat topladılar. Parkda yerləşən mini zooparkdakı heyvanlara tamaşa etdilər. Şagirdlər bir daha Azərbaycanın gözəlliyi ilə tanış oldular. Vətənimizin bərəkətli torpaqlarında əkilən hər şeyin necə gözəl bəhrə verdiyi bir daha onlara aydın oldu. Belə gəzintilər uşaqların dünyagörüşünün inkişafına müsbət təsir göstərir.