Respublika Fənn Olimpiadasının qalibləri

Respublika Fənn Olimpiadasının final mərhələsində məktəbin 11c sinif şagirdi Ramil Orucov coğrafiya fənnindən II, 11ç sinif şagirdi Aydan Sultanova Azərbaycan dili fənnindən III yerləri tutmuşlar. 9a sinif şagirdi Billur Məmmədova Azərbaycan dili fənnindən fərqləndirici yerə layiq görülmüşdür.
Məktəbin direktoru Dadaş Əliyev qalib şagirdləri təbrik edərək onlara bol-bol uğurlar arzuladı.