Ədəbiyyatı sevək və sevdirək

Məktəbin 3v sinif rəhbərli Məlahət Novruzova "Ədəbiyyatı sevək və sevdirək" layihəsi üzrə aprelin 1-də uşaqlara kitablar payladı və bildirdi ki, necə ki bədənimizin suya, qidaya ehtiyacı var, onlarsız yaşamaq olmur, ruhumuzun da kitab oxumağa ehtiyacı var. Kitabsız yaşamaq kar, kor, dilsiz yaşamaq kimidir. Uşaqlar müəllimin payladığı kitabları bir ay ərzində oxuyub mütaliə etdilər, səhnələşdirdilər. Layihə müddətində uşaq yazıçısı Sevinc Nuru qızı ilə onlayn görüşdə şagirdlər yazıçının kitablarını mütaliə etdilər və yazıçıya müxtəlif suallar verdilər. Kitab oxumağın faydalarından danışdılar. Həmçinin onlar öz oxuduğu kitablardan ucqar kəndlərdə olan şagirdlərə də hədiyyə göndərdilər .
Layihənin sonunda şagirdlər " Hər zaman kitab oxumaqla ruhumuzu qidalandıracağıq" deyə söz verdilər.