"Kitab qiymətli xəzinədir" adlı təqdimat

Məktəbin 3"ğ" sinif rəhbəri Samirə Hacıyeva "Kitab qiymətli xəzinədir" adlı təqdimat keçirtdi. Burada uşaqlar çoxlu hekayələr oxudular, mütaliələr etdilər, sevə-sevə öyrəndikləri hekayələrdən səhnəciklər göstərdilər. Beləliklə kitab oxumağın gözəlliyini, nitqimizi zənginləşdirdiyini, ruhumuzu qidalandırdığını öyrəndilər. Şagirdlərə aşılandı ki, kitablar bizim işıqlı gələcəyimizdir. Kitabları sevək ve sevdirək!